Konuyu Açan
#0
Bu mövzuda yazılanlar illərlə sayt və server idarə edən adminlərin belə çox vaxt gözdən qaçırdığı, amma real problemlərin kökündə duran detallardır. Oxuyarkən ən azı bir yerdə “bunu bilmirdim” deyəcəksən.
1) Backup var deyə rahat olma
Backup test olunmayıbsa, backup sayılmır.
Bir çox admin avtomatik backup-a güvənir, amma geri qaytarma heç vaxt yoxlanılmayıb. Real problem zamanı backup-un işləmədiyi üzə çıxır.
2) “Cloudflare var” demək sürət var demək deyil
Yanlış cache qaydaları, çoxlu bypass və zəif origin server Cloudflare-in real faydasını minimuma endirir.
3) Sayt yavaşdırsa, səbəb çox vaxt CPU deyil
Əsas problem disk I/O, dolmuş log faylları və zəif diskdir.
4) Error log boşdursa, bu problem yoxdur demək deyil
Çox vaxt log ümumiyyətlə yazılmır: permission yoxdur, yol səhvdir və ya error reporting deaktivdir.
5) WAF təkbaşına kifayət etmir
Rate limit yoxdursa, botlar serveri asanlıqla boğa bilər.
6) 2FA olmayan admin panel ciddi riskdir
Admin panel saytın ən kritik nöqtəsidir. Təkcə güclü parol kifayət etmir.
7) “Xırda rahatlıq” üçün verilən icazələr sonradan problem yaradır
Bir dəfə artıq verilən icazə exploit və sui-istifadəyə çevrilə bilər.
8) Daxili axtarış sistemi serveri gizlindən yükləyir
Limit yoxdursa, botlar database-i səssizcə yandırır.
9) Minify və combine həmişə xeyir vermir
Bəzən bu optimizasiyalar real istifadəçi təcrübəsini və mobil performansı pisləşdirir.
10) Canonical və duplicate nəzarətsizdirsə SEO risk altındadır
Google səni kopya sayt kimi görə bilər.
11) Robots.txt-də edilən bir səhv hər şeyi məhv edə bilər
Kiçik bir yanlışlıq bütün saytın indeksdən düşməsinə səbəb ola bilər.
12) SMTP düzgün qurulmayıbsa, mail gedirmiş kimi görünür
Əslində inbox-a yox, spam-a düşür və istifadəçi bildirişləri ölür.
13) Problem plugin sayı deyil, plugin keyfiyyətidir
Bir dənə zəif yazılmış plugin bütün saytı risk altına sala bilər.
14) Cache təmizləmək problemi həll etmir
Sadəcə problemi müvəqqəti gizlədir.
15) Monitoring yoxdursa, problemi həmişə gec biləcəksən
Uptime, load, disk və error izlənmirsə, problem böyüyənə qədər xəbərsiz qalmaq qaçınılmazdır.
● WEBMASTER ●
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood