Ai dəstəkli açıq mənbəli kod redaktoru [ PULSUZ ]

1 Cavablar 311 Baxış Faydalı
·

Qiymət ver: Ai dəstəkli açıq mənbəli kod redaktoru [ PULSUZ ]

Bu mövzunu artıq qiymətləndirmisiniz. Yenidən qiymətləndirmək mövcud qiymətinizi və ya rəyinizi siləcək.

Qiymət:

Qiymətləndirənlər: Ai dəstəkli açıq mənbəli kod redaktoru [ PULSUZ ]

İştirakçılar
Mövzunu Açan #0
Bu gün sizə həqiqətən faydalı olacağını düşündüyüm, açıq mənbəli və süni intellekt dəstəkli bir kod redaktorundan danışacağam: PearAI

PearAI, Visual Studio Code-un fork-u (yəni təməli VS Code-dur, amma üzərinə güclü AI xüsusiyyətləri əlavə edilib) və həmçinin Continue layihəsinin fork edilmiş versiyası ilə gələn açıq mənbəli AI kod redaktorudur. Layihə Y Combinator tərəfindən dəstəklənir, yəni arxasında ciddi bir komanda və dəstək var.

Əsas xüsusiyyətləri qısa şəkildə:

🔹 PearAI Chat
Continue əsaslıdır. Layihənin (codebase-in) tamamını anlayaraq onunla söhbət edə bilərsiniz. @codebase kimi qeyd edib konkret fayl kontekstində sual verə, kod yarada bilərsiniz – nəticələr daha dəqiq və kontekstual olur.

🔹 PearAI Agent (Coding Agent)
Roo Code / Cline əsaslıdır. Avtomatik olaraq yeni funksionallıq (feature) yazır, bug-ları düzəldir. Bəzi hissələr “coming soon” olsa da, əsas funksiyalar artıq aktivdir.

🔹 PearAI Router
Hər həftə ən yaxşı performans göstərən AI modelini avtomatik seçərək tək abunə ilə təqdim edir (PearAI Model adlanır). İddia edilən skorlar kifayət qədər yüksəkdir (məsələn, 94.10) və GPT-4o və Claude modellərindən üstün olduğunu bildirirlər.

🔹 PearAI Creator (Beta)
Sadəcə ideyadan production-ready layihə yaradır. Ən son texnologiyalar və best practice-lər əsasında işləyir (aider əsaslı).

🔹 PearAI Memory (Beta)
Söhbətləri yadda saxlayır, seçimlərinizi öyrənir və daha fərdiləşdirilmiş təcrübə təqdim edir (Mem0 inteqrasiyası ilə).

🔹 Digər imkanlar
PearAI Launch (Netlify inteqrasiyası ilə deploy – coming soon), açıq mənbəli olması səbəbilə genişləndirilə bilən və icma əsaslı inkişaf modeli.


Visual Studio Code-a öyrəşmiş istifadəçilər üçün interfeys tanışdır və adaptasiya çox sürətlidir. Üstəlik, tamamilə pulsuz sınaqdan keçirilə bilir (yükləyib dərhal başlaya bilərsiniz). Bəzi istifadəçilər GitHub Copilot / Claude / ChatGPT abunəliklərini ləğv edib PearAI-yə keçdiklərini və aylıq 30$+ qənaət etdiklərini bildirirlər.

Rəsmi saytı isə budur: 👇
[replyandthanks]https://www.trypear.ai/[/replyandthanks]

GitHub-da da açıq mənbə olaraq mövcuddur: 👇
[replyandthanks]https://github.com/trypear/pearai-app[/replyandthanks]

Məncə xüsusilə side project edənlər, yeni proqramlaşdırma dili öyrənənlər və ya “AI ilə daha az kod yazım” deyənlər üçün əla alternativdir.

Cursor və Windsurf kimi alətlərlə müqayisə olunur, amma açıq mənbəli və pulsuz olması böyük üstünlükdür.
Ümid edirəm faydalı olar 🤍
Xeyirli forumlar 🙂
WEBMASTER
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood

Oxşar mövzular

#1
Ela movzudur

Cavab vermək üçün daxil olmalısınız.

0 sitat seçildi