Kimə nə lazımdır?

5 Cavablar 232 Baxış
·

Qiymət ver: Kimə nə lazımdır?

Bu mövzunu artıq qiymətləndirmisiniz. Yenidən qiymətləndirmək mövcud qiymətinizi və ya rəyinizi siləcək.

Qiymət:

Qiymətləndirənlər: Kimə nə lazımdır?

İştirakçılar
Mövzunu Açan #0
Salam forum əhli 👋

Bu mövzunu klassik “xidmət satmaq” üçün yox, real ehtiyacı anlamaq üçün açdım.

Hamımız nəsə axtarırıq:
– kiminə loqo lazımdır, amma nə istədiyini bilmir
– kiminə reklam dizaynı lazımdır, amma nəticə vermir
– kiminə sadəcə bir fikir və düzgün yönləndirmə lazımdır

Mən qrafik dizayn və reklam sahəsində çalışıram və uzun müddətdir bir şeyi görürəm: problem dizaynda yox, doğru sualı verməməkdədir.

Ona görə bu başlığı açdım:
❓ Kimə nə lazımdır?
❓ Hansı vizual problemi var?
❓ Niyə indiki dizayn işə yaramır?

İstəyən burda:
– sual verə bilər
– işini göstərib rəy istəyə bilər
– dizaynla bağlı fikir alış-verişi edə bilər

Reklam yox, fayda məqsədlidir. Yazın, müzakirə edək, bəlkə kiməsə faydamız dəydi.
#1
SSDizayn belə dedi:

Salam, maraqlı və yerində mövzudur 👌
Çox vaxt həqiqətən problem dizaynda yox, nə istədiyimizi düzgün ifadə edə bilməməyimizdə olur. “Nəticə vermir” dediyimiz işlərin arxasında da adətən strategiya və məqsəd çatışmazlığı dayanır.
Belə müzakirə mövzuları həm sifariş verənlər, həm də bu sahədə çalışanlar üçün faydalıdır. Uğurlar, ümid edirəm yaxşı fikir mübadiləsi olar 👍
WEBMASTER
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood
#2
Salam, təşəbbüsünüz təqdirəlayiqdir.

Mənim üçün maraqlı olan bir məqam var: Bəzən dizayn vizual olaraq mükəmməl görünür, amma hədəf kütlənin diqqətini çəkmir. Sizcə, dizaynın "satması" üçün gözəllikdən daha vacib olan ilk 3 element hansıdır?

Bu barədə fikirləriniz maraqlı olar.
Mövzunu Açan #3
Mr_iLQaR belə dedi:
Salam, maraqlı və yerində mövzudur 👌
Çox vaxt həqiqətən problem dizaynda yox, nə istədiyimizi düzgün ifadə edə bilməməyimizdə olur. “Nəticə vermir” dediyimiz işlərin arxasında da adətən strategiya və məqsəd çatışmazlığı dayanır.
Belə müzakirə mövzuları həm sifariş verənlər, həm də bu sahədə çalışanlar üçün faydalıdır. Uğurlar, ümid edirəm yaxşı fikir mübadiləsi olar 👍
təşəkkür edirəm
Mövzunu Açan #4
Schwarz belə dedi:
Salam, təşəbbüsünüz təqdirəlayiqdir.

Mənim üçün maraqlı olan bir məqam var: Bəzən dizayn vizual olaraq mükəmməl görünür, amma hədəf kütlənin diqqətini çəkmir. Sizcə, dizaynın "satması" üçün gözəllikdən daha vacib olan ilk 3 element hansıdır?

Bu barədə fikirləriniz maraqlı olar.
Salam
CTA Call To Action
Satmayan dizaynların 80%-də problem budur. Satmayan dizaynların 80%-də problem budur.
Müştəri düşünməməlidir: Müştəri deyəndə mən hamımızı nəzərdə tuturam çünki hamımız hansısa məhsulu almaq üçün müştəriyik
İndi nə edim? Hardan alım? Mənə bu niyə lazımdır? bu sualların yerə dizayn deməlidir.
“İndi sifariş et” “Bu gün müraciət et” “Say məhduddur” “Endirim bitir”. Ən çox satan dizaynlar çox vaxt ən gözəl dizaynlar olmur.
Dizayn dizaynerin şəxsi zövqünə yox, hədəf kütlənin dünyagörüşünə uyğun olmalıdır.
Məsələn, şirkətlər və korporativ qurumlar adətən sadəlik və minimalistik üslubu üstün tuturlar. Ağ fon, qara standart şrift, balanslı boşluqlar və kiçik, təmiz vector logo – onlar üçün bu kifayətdir. Bu yanaşma PREMİUM müştəri kateqoriyasına aiddir. Belə auditoriya üçün rəngarəng, qabarıq, diqqət çəkən satış posterləri əksər hallarda maraqlı olmur.
Digər tərəfdən isə uşaq oyuncaqları, ziyafət geyimləri, gözəllik salonları, parfumeriya və oxşar sahələr var. Bunlar günümüzün ən çox rəqabət olan sektorlarıdır. Bu kateqoriyada dizaynın əsas silahı:
  • İşıqlı və canlı rənglər
  • Güclü kontrast
  • Qabarıq endirim sözləri və faizlər
  • Vizual olaraq “dayandıran” elementlərdir
Xüsusilə qara–qızılı rəng kombinasiyası bu auditoriya arasında bahalı və premium kimi qəbul olunur və şüuraltı şəkildə etibar yaradır.

Nəticə olaraq, yaxşı dizayn “gözəl görünən” yox, doğru insana doğru dildə danışan dizayndır.
Mövzunu Açan #5
Schwarz belə dedi:
Salam, təşəbbüsünüz təqdirəlayiqdir.

Mənim üçün maraqlı olan bir məqam var: Bəzən dizayn vizual olaraq mükəmməl görünür, amma hədəf kütlənin diqqətini çəkmir. Sizcə, dizaynın "satması" üçün gözəllikdən daha vacib olan ilk 3 element hansıdır?

Bu barədə fikirləriniz maraqlı olar.
Salam
CTA Call To Action
Satmayan dizaynların 80%-də problem budur.
Müştəri düşünməməlidir: Müştəri deyəndə mən hamımızı nəzərdə tuturam çünki hamımız hansısa məhsulu almaq üçün müştəriyik
İndi nə edim? Hardan alım? Mənə bu niyə lazımdır? bu sualların yerə dizayn deməlidir.
“İndi sifariş et” “Bu gün müraciət et” “Say məhduddur” “Endirim bitir”. Ən çox satan dizaynlar çox vaxt ən gözəl dizaynlar olmur.
Dizayn dizaynerin şəxsi zövqünə yox, hədəf kütlənin dünyagörüşünə uyğun olmalıdır.
Məsələn, şirkətlər və korporativ qurumlar adətən sadəlik və minimalistik üslubu üstün tuturlar. Ağ fon, qara standart şrift, balanslı boşluqlar və kiçik, təmiz vector logo – onlar üçün bu kifayətdir. Bu yanaşma PREMİUM müştəri kateqoriyasına aiddir. Belə auditoriya üçün rəngarəng, qabarıq, diqqət çəkən satış posterləri əksər hallarda maraqlı olmur.
Digər tərəfdən isə uşaq oyuncaqları, ziyafət geyimləri, gözəllik salonları, parfumeriya və oxşar sahələr var. Bunlar günümüzün ən çox rəqabət olan sektorlarıdır. Bu kateqoriyada dizaynın əsas silahı:
  • İşıqlı və canlı rənglər
  • Güclü kontrast
  • Qabarıq endirim sözləri və faizlər
  • Vizual olaraq “dayandıran” elementlərdir
Xüsusilə qara–qızılı rəng kombinasiyası bu auditoriya arasında bahalı və premium kimi qəbul olunur və şüuraltı şəkildə etibar yaradır.

Nəticə olaraq, yaxşı dizayn “gözəl görünən” yox, doğru insana doğru dildə danışan dizayndır.

Cavab vermək üçün daxil olmalısınız.

0 sitat seçildi