Sizcə Bu İşin Sonu Hara Gedəcək? (Google Ai Overview)

3 Replies 156 Views
·

Leave a rating: Sizcə Bu İşin Sonu Hara Gedəcək? (Google Ai Overview)

You have already rated this thread. Re-rating it will remove your existing rating or review.

Rating:

Raters: Sizcə Bu İşin Sonu Hara Gedəcək? (Google Ai Overview)

Participants
Thread Starter #0
Süni intellekt botları saytları analiz edir. Əgər məzmun orqanik, təbii və istifadəçi üçün faydalıdırsa, onu öz məlumat bazalarına daxil edirlər. Əks halda, yəni məzmun süni intellekt tərəfindən yaradılıbsa, aktual deyilsə və ya istifadəçiyə dəyər vermirsə, ümumiyyətlə nəzərə alınmır. Nəticədə bizim yaratdığımız orqanik məzmun bizdən icazə alınmadan onların nəticələrində ən üst sıralarda göstərilir. Mənbə məsələsinə isə ümumiyyətlə toxunmuram; istifadəçi ehtiyac duyduğu məlumatı əldə etdikdən sonra niyə mənbə sayta daxil olub əlavə araşdırma aparsın ki? Onsuz da ölkəmizdə mənbəyə istinad mədəniyyəti demək olar ki, formalaşmayıb.

Bunun nəticəsində bir çox saytların trafiki ciddi şəkildə azalıb, hətta bəzi saytların fəaliyyətinə ciddi zərbə dəyib desəm, yanılmaram. Google bunu etməyə məcbur idimi? Məncə, bəli. Çünki insanlar artıq axtarış sistemlərindən istifadə etmək əvəzinə, suallarını birbaşa süni intellektə ünvanlamağa başlayıblar.

Bu baxımdan Google AI Overview funksiyasının Google üçün vəziyyəti xilas etdiyini demək olar. Üstəlik, bu yanaşmanı tətbiq edən təkcə Google deyil; Yandex və digər platformalar da eyni istiqamətdə addımlar atmağa başlayıblar.

Bu vəziyyətdə ağlıma iki ehtimal gəlir:

1. Keyfiyyətsiz və dəyərsiz saytlar bazardan silinəcək.
Lakin bu baş versə belə, süni intellekt sistemləri yenə də böyük və nüfuzlu saytların məzmunundan istifadə etməyə davam edəcək. Yəni əslində köklü dəyişiklik baş verməyəcək.

2. Zaman keçdikcə saytların böyük hissəsi fəaliyyətini dayandıracaq.
Bu halda isə süni intellekt sistemləri məlumatı haradan əldə edəcək? Çünki artıq vaxt sərf edib layihə qurmağın, məzmun hazırlamağın və investisiya etməyin mənası azalır. Hazırda sanki süni intellekt üçün işləyirik və bunu heç bir qarşılıq gözləmədən edirik.

Forumlarda sual-cavab formatına, istifadəçi təcrübəsinə və qarşılıqlı ünsiyyətə üstünlük versək belə, süni intellekt həmin məlumatları da götürərək öz nəticələrində təqdim edir.

Müəyyən sahələr üzrə fəaliyyət göstərən, orqanik məzmunlu forumlarda da vəziyyət fərqli deyil. Problemin mahiyyəti dəyişmir.

Son 3-5 ay ərzində bu prosesi sadəcə izləyirik. Lakin hansı addımların atılmalı olduğu barədə aydın təsəvvürüm yoxdur. Belə bir mühitdə investisiya qoymaq və məzmun istehsal etmək nə dərəcədə məntiqlidir? Axtarış nəticələrində yüksək mövqe qazanmaq və Google-dan trafik əldə etmək demək olar ki, əvvəlki qədər mümkün deyil. Onsuz da yüksək konsentrasiyaya malik olan bazar daha da mərkəzləşəcək.

Açığı, nə etməli olduğumuzu bilmirəm. Artıq məsələ böyüməkdən çox, mövcud layihələrin necə ayaqda qalacağını və ümumiyyətlə fəaliyyətini davam etdirməsinin nə qədər məqsədəuyğun olduğunu düşünmək səviyyəsinə gəlib çatıb.
Attachments (1)
Screenshot 2026-06-21 181901.webp
WEBMASTER
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood
#1
Anlamiram xeber maraqli geldi oxuyuram ugurlar
#2
Ve ona gore de artiq bezi nish-leri deyismek lazimdir )). AI ceke bilmeyeceyi nish-lere kecmek lazimdir. Ve buda sadece ve sadece Adult-dur teessuf ki .
Thread Starter #3
LatiX said:
Ve ona gore de artiq bezi nish-leri deyismek lazimdir )). AI ceke bilmeyeceyi nish-lere kecmek lazimdir. Ve buda sadece ve sadece Adult-dur teessuf ki .
ona görə də hər şey ai-ə buraxılır ))
WEBMASTER
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood

You must be logged in to reply.

Users who are viewing this thread (Total: 1, Members: 0, Guests: 1)
Total: 1 (members: 0, guests: 1)
0 quotes selected