Yeni avto elanlar saytı

11 Yanıtlar 1.331 Görüntülenme
·

Puan ver: Yeni avto elanlar saytı

Bu konuyu zaten puanladınız. Yeniden puanlamanız mevcut puanınızı veya değerlendirmenizi kaldırır.

Puan:

Puanlayanlar: Yeni avto elanlar saytı

Katılımcılar
Konuyu Açan #0
Salam, hərkəsə Birmasin.az - Avtomobil Elanları Saytı | Sürətli, Asan və Etibarlı Avtomobil Alqı-Satqısı yeni avto elanlar saytım sizcə necədir ?

0 dan 2 aya hazırlamışam sabahda zadda avtomatik tiktokda paylaşma botu qoşulacaq

Proyektdə istifadə olunan texnologiyalar

Laravel 12 + Mysql + Tailwind 4 + Redis

powered by: LOCALHOST ))
#1
Çox əla, Laravel son versiyası tailwind çox əla.
Fəqət məncə, sweetalert2 toast dəyiş, o deyil.
#2
Birde real-time database istifadəsi çox gözəl.
Adətən çox adama real-time-database diyəndə qoyun kimi baxır.
#3
Uğurlar, gözəl alınıb 👍
WEBMASTER
Həyatın mənası bir nöqtə-vergüldə gizlidir.
« every fix is a win »
#DevMood
Konuyu Açan #4
P4M3R4iK şöyle dedi:
Çox əla, Laravel son versiyası tailwind çox əla.
Fəqət məncə, sweetalert2 toast dəyiş, o deyil.
Salam, təşəkkürlər fikrinçün hə sweetalert mənimdə çox ürəyimcə deyil amma indiyə kimi gördüyüm ui baxımdan biraz ürəy açan sweetalert di birdə alertifyjs əgər başqa bildiyin varsa önərə bilərsən
Konuyu Açan #5
Framework şöyle dedi:
Uğurlar, gözəl alınıb 👍
Çox sağolun minnətdaram 🙏
#6
Qəşəng alınıb. barmaqlarına sağlıq. Amma bu elan tipli saytlar bazrda nəsə çox getmire. tapaz və lalafo necə qarmaq qurubsa bazarda, hec bir elan saytı tutmur nəsə. Yenədə saytın dizaynı falan yaxşıdı. Birdə, elana girəndə yeni səhifədə açılsa daha yaxşı olar. Oxucu əsas səhifəni tərk etməmiş olmur.
Not coder, only AI ( :
Konuyu Açan #7
AzeTural şöyle dedi:

Çox sağol minnətdaram, target blank yaxşı fikirdir bunu edəcəm.
Trafficə gələndə o saytları keçmək bilirəm mümkün deyil ağlımda olan müəyyən bir trafiki yığmaqdır nə olar olar itirəcəyim heçnə yoxdur SMM işinidə avtomatlaşdıracam reytingli bir tiktok səhifəyə bot ilə elanları göndərəcəm ola bilər ki, tutsun trafik 5-6 aya görəkdə)
#8
SUDO şöyle dedi:

Həmşə demişəm. Azərbaycanda tutan tək sayt şoubiznes saytıdır. Gündə 5 dənə açsan 3 5 reklamla günlük 2k hit alırsan rahat. Yenə işin avand olsun. İllərin avto.az ı avtomobil.az ı o qədər pullar buraxılmağına baxmayaraq turboaza bata bilmədilər. :) çox qəribə ölkəmiz var. 1 şey ya tam tutur ya heç tutmur. Ortası yoxduki insanda həvəs yarana 😀😀😀
Not coder, only AI ( :
#9
Əladır. Axtarış hissəsi təkmilləşdirilə bilər.
#10
SUDO şöyle dedi:
Salam, təşəkkürlər fikrinçün hə sweetalert mənimdə çox ürəyimcə deyil amma indiyə kimi gördüyüm ui baxımdan biraz ürəy açan sweetalert di birdə alertifyjs əgər başqa bildiyin varsa önərə bilərsən
Toast bildiriş üçün mən Toastfy istifadə edirəm, həm animasiya hem görünüş hem funksionalliğ baxımından möhtəşəmdi.

Məsləhət görürəm.

Sweetalert bir zamanlar görünüş baxımından iş görürdü və həddindən artıq çox istifadə etmişəm, lakin texnologiya inkişaf etsədə sweetalert etmir )
Konuyu Açan #11
AzeTural şöyle dedi:
Həmşə demişəm. Azərbaycanda tutan tək sayt şoubiznes saytıdır. Gündə 5 dənə açsan 3 5 reklamla günlük 2k hit alırsan rahat. Yenə işin avand olsun. İllərin avto.az ı avtomobil.az ı o qədər pullar buraxılmağına baxmayaraq turboaza bata bilmədilər. :) çox qəribə ölkəmiz var. 1 şey ya tam tutur ya heç tutmur. Ortası yoxduki insanda həvəs yarana
P4M3R4iK şöyle dedi:
Toast bildiriş üçün mən Toastfy istifadə edirəm, həm animasiya hem görünüş hem funksionalliğ baxımından möhtəşəmdi.

Məsləhət görürəm.

Sweetalert bir zamanlar görünüş baxımından iş görürdü və həddindən artıq çox istifadə etmişəm, lakin texnologiya inkişaf etsədə sweetalert etmir )
react üçün istifadə edilən toastify deyirsən o əladır amma mənim proyektimə uyğun deyil sadə vanilla js ile olana baxdm xoşuma gəlmədi sən dediyin tam fərqli olan toastify dirse boş vaxtın olanda docs linkin bölüşərsən zəhmət olmasa

Yanıt vermek için giriş yapmış olmalısınız.

0 alıntı seçildi