Astro.az - Elmi Video saytı

Astro.az haqqında

Astro.az Azərbaycan dilində kosmos, astronomiya və elmi biliklərə həsr olunmuş xüsusi bir platformadır. Bu saytın əsas məqsədi kainatın sirlərini insanlara daha yaxın və anlaşılan şəkildə təqdim etmək, elmə marağı artırmaq və cəmiyyətimizdə elmi düşüncəni inkişaf etdirməkdir.

Kosmos hər zaman insanlıq üçün sirli, cazibədar və suallarla dolu bir sahə olub. Ulduzların parlaqlığı, qalaktikaların möhtəşəmliyi, qara dəliklərin müəmmalı təbiəti – bütün bunlar insanın düşüncəsini daim oyadır. Astro.az məhz bu suallara cavab axtaran, elmə maraq göstərən hər kəs üçün etibarlı bir mənbə rolunu oynayır.

Saytın əsas məqsədləri

Maarifləndirmə: Astronomiya elmini sadə, başa düşülən dillə təqdim etmək. Məktəblilərdən tutmuş elmsevərlərə qədər hər kəs üçün anlaşılan məqalələr yazmaq.

Azərbaycan dilində resurs yaratmaq: Dünyada çoxlu sayda xarici dildə astronomiya portalları var, amma Azərbaycan dilində bu mövzuda keyfiyyətli məlumat azdır. Astro.az bu boşluğu doldurmaq üçün yaradılıb.

Elm və fəlsəfəni birləşdirmək: Sadəcə kosmik faktlar deyil, həm də kainatın insan həyatına, düşüncəsinə və fəlsəfi baxışlara təsiri haqqında yazılar təqdim etmək.

Aktuallıq: NASA, ESA və digər kosmik agentliklərin ən son kəşfləri, kosmos missiyaları və texnoloji yeniliklər haqqında xəbərləri oxucularla paylaşmaq.

Astro.az-da nə tapa bilərsiniz?

Ulduzlar, planetlər, qalaktikalar və kainat haqqında geniş məqalələr

Astronomiya tarixindən maraqlı faktlar

Kosmik tədqiqatların son nailiyyətləri

Elmi-fəlsəfi yazılar – kainatın mənası, həyatın sirri, varoluş sualları

Azərbaycanın elmsevərləri üçün xüsusi kontent

Niyə Astro.az?

Çünki Astro.az yalnız bir sayt deyil, elmə açılan bir pəncərədir. Burada oxucu təkcə kosmos haqqında məlumat almır, həm də düşünməyə, suallar verməyə, kainatın sonsuzluğunda öz yerini axtarmağa təşviq olunur.

Elm yalnız alimlərin deyil, hər kəsin həyatında yer tutmalıdır. Uşaqlar üçün maraq, gənclər üçün bilik, böyüklər üçün isə dərin düşüncə mənbəyi ola bilər. Astro.az bütün yaş qruplarını əhatə edən bir elmi-fəlsəfi məkan rolunu oynayır.
 
Əlavələr

  • Screenshot_2025-08-18-12-10-26-106_com.android.chrome.jpg
    Screenshot_2025-08-18-12-10-26-106_com.android.chrome.jpg
    699.8 KB · Baxışlar: 8
  • Screenshot_2025-08-18-12-04-49-746_com.android.chrome.jpg
    Screenshot_2025-08-18-12-04-49-746_com.android.chrome.jpg
    944.1 KB · Baxışlar: 8
  • Screenshot_2025-08-18-12-02-29-792_com.android.chrome.jpg
    Screenshot_2025-08-18-12-02-29-792_com.android.chrome.jpg
    679.5 KB · Baxışlar: 8
Salam, index heç də mövcud platformanı əks etdirmir, ağ fonda bu qədər mətn əvəzinə, müasir fonda şəkillər və skrinşot ilə daha qısa mətn ilə daha yorucu olmayan üslubda saytı tanıda bilərsiniz.
 
Kodların sağlıq. qəşəng proyektir. Ovaxtda demişdim gələcəyi açıq proyektir. Üzerində ciddi durulsa BakuTV kimi yerli saytlarında radarına girmək olar. Düzdü həddimizə deyil, amma ad seçimini bir daha düşün deyərdim. Çünki nəticədə bu ad dediyin kateqoryanı əks etdirsə də, blog olaraq deyil də video portal olaraq inkşaf edəcək kimi görünür. Nəticə olaraq diayn falan gözəldir, əlavə olaraq Qaranlıq rejim əlavə edilsə, mənim kimi gözləri ağ işıqa həsas olan şəxsləri daha çox cəlb edər.
 
Fikirləriniz çox önəmlidir, təşəkkür edirəm. Nəzərə alacam hamısını.
 
Salam gozel proyekti..
qeydiyyat kecmeden indexde mueyyen videolara baxmaq misal 1 deqiqqelik videonun 15 saniyesinden sonra davami qeydiyyatdan sonra .

<video id="myVideo" width="640" controls> <source src="video.mp4" type="video/mp4"> Sənin browserin video dəstəkləmir. </video> <div id="signupBox" style="display:none; margin-top:20px;"> <a href="qeydiyyat.php" style="padding:10px 20px; background:#007bff; color:white; border-radius:8px; text-decoration:none;"> Qeydiyyatdan keç </a> </div> <script> const video = document.getElementById("myVideo"); const signupBox = document.getElementById("signupBox"); video.addEventListener("timeupdate", function () { if (video.currentTime >= 15 && !video.paused) { video.pause(); // Videonu dayandır signupBox.style.display = "block"; // Linki göstər } }); </script>

saytin ana seyfesinde bezen oxumaqda yorucu olur videolara baxaraq hem daha cox saytda saglmaq hemde marag dogurar insanda birde videolarin

Səsi aç

thumb.php

<bunu play kimi baslat duymesini oxsadim cunku video girende video bir basa baslamir gerek neyese tikliyasan amma bu playa basanda seyfeni yeniliyir bunda nezere alarsan umumlikde gozel projedir ugurlar
 
Çox sağol maraqlı ideyadır. O dediyin xətaları elə bil düzəltdim. İndi baxarsız zəhmət olmasa.
 
Geri
Yuxarı Aşağı