Sual Spammer

DeXIV

İstifadəçi
Qoşulub
3 Avqust 2025
Mesajlar
24
Salam Aleykum, axşamınız xeyir.
Sosial şəbəkədə bəzi insanlar var deyirlər hesablarınızı qoruyuruq və.s
Onlar iddia edirlər ki, proqramla hesabınızı qoruyuruq və spam & şikayət gəldikdə proqram bizə göstərir və təmizləyirik.
Ümumiyyətlə bu nə dərəcədə doğrudur? Belə bir software mövcuddur?
Bu sahədən anlayışı olanlar məlumat versin zəhmət olmasa.
 
Deyəkki Facebook hesabını qoruyuracaqlar. Əgərki Fcebookun rəsmi belə bir programı yoxdursa (pullu olsa belə). Bu artıq 3.part program sayılır və Adi spamlardan daha təhlükəlidir. Düşünki Səninlə birdə 3 cü bir tərəf varki sənin hesabındakı əməliyyatları görür :) Bu həm sosial şəbəklərin politikasına ziddir. Aşkar etdikləri anda hesabı bloklamırlar, bir başa silirlər. Və bərpası demək olar imkansızdır. Həmçinin həmin şəxslər sənin bütün datalarına sahib olurlar. istəsələr sənə gələn maddi vəsaitləri mənimsəyə bilərləır, və ya sənin hesabından qara əməliyyatlar edə bilərlər. Qısacası Hesabınız bloklansa, silinsə belə qoy bu sizin ucbatınızdan olsun. Başqasına görə olsa tek bloklanma ilə bitməyəcək məsələ :)
 
Salam Aleykum, axşamınız xeyir.
Sosial şəbəkədə bəzi insanlar var deyirlər hesablarınızı qoruyuruq və.s
Onlar iddia edirlər ki, proqramla hesabınızı qoruyuruq və spam & şikayət gəldikdə proqram bizə göstərir və təmizləyirik.
Ümumiyyətlə bu nə dərəcədə doğrudur? Belə bir software mövcuddur?
Bu sahədən anlayışı olanlar məlumat versin zəhmət olmasa.
Aleykum salam. Belə proqramların real mövcudluğu çox şübhəlidir. Sosial şəbəkələrdə (Facebook, Instagram, TikTok və s.) istifadəçilərin hesablarını qorumaq və ya gələn “spam” və “şikayət”ləri görmək imkanı yalnız həmin platformaların öz rəsmi sistemlərindədir. Xarici şəxslərin iddia etdiyi kimi “proqramla şikayətləri görmək və silmək” texniki olaraq mümkün deyil, çünki:

  1. Platforma məxfilik siyasəti – Heç bir sosial şəbəkə 3-cü tərəfə belə məlumatları təqdim etmir.
  2. “Təmizləmə xidməti” yalanıdır – Hesabınıza spam və ya şikayət gəldikdə bunu yalnız sosial şəbəkənin daxili alqoritmi emal edir. Heç kimin onu “proqramla silmək” imkanı yoxdur.
  3. Fırıldaq riski – Belə “xidmət” təklif edənlərin çoxu əslində istifadəçinin hesab məlumatlarını ələ keçirmək və ya maddi qazanc üçün aldatmağa çalışır.
  4. Hesab qorunması – Real qorunma üsulları yalnız rəsmi 2FA (iki mərhələli qoruma), güclü şifrə və hesabın rəsmi parametrlərindən düzgün istifadədir.
Yəni qısa desək: belə “proqram” və “xidmətlər” real deyil. Bu cür təkliflərə aldanmamaq lazımdır.
 
Salam, təşəkkür edirəm.
Məndə bu düşüncə ilə şübhə edirdim, lakin bilmədiyim sahədir deyə dəqiqləşdirmək istədim, artıq aydındır.
Hamınıza təşəkkürümü bildirirəm
 
Geri
Yuxarı Aşağı